Başlanğıc İllər öncə bir oğlandım Kişi oldum bir andaca; Qəfil atıldım həyata! Önümdə açıldı dünya- Gördüm əkinçi tər tökür ilk təpənin qaşında, Atlarının yanında. Tərk edib çay sahillərin Dərin dərəni şumlamış. Lakin görür dağ döşündə Barsız, kəskin bir qaya Havada çaxan ildırım Başı üstə çılpaq,qara Zirvə onun qisməti. Onu gözləyir indi. _Qoy oranı şumlasın Çatsa əgər cürəti. | Entry #30391 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
20 | 5 x4 | 0 | 0 |
|
Başlanğıc İllər əvvəl birdən-birə, Oğlan idim, kişi oldum: Birdən həyatım başladı! Sanki mən bir əkinçiyəm, Təpənin başında tərləyən Atları yanında dayanmış, Aşağı vadidə çığır açan Çayın yatağını tərk etmiş, Şumlanası dağ ətəyi görür, Faydasız qaya da var, Səmada isə ildırım, Qara çılpaq zirvə önündə, Gözləyir indi. - Bacarırsa, qoy şumlasın! | Entry #30376 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
9 | 1 x4 | 2 x2 | 1 x1 |
|
Başlanğıc İllər öncə, bir anlıq O kiçik oğlan olan mən, böyüyüb kişi oldum. Həyatım başladı birdən-birə! Dünyanı özümdən öncə gördüm-beləliklə Atlarının yanında dayanan o əkinçi Əvvəlcə qaşlarının yuxarıdan sildi tərini, Arxasında çaylı torpaqlar buraxmışdı. Bükülmüşcəsinə dərənin aşağısında Şumlanacaq dağ yamacını görür Öz qismətini kəsmək üçün barsız qaya, İldırımlar havada asılmışdı, Və qara bulud üzərində daynmışdı, döz, Indi gözləyirdi. -Varsa cəsarəti, qoy etsin əkməyə davam. | Entry #29584 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
4 | 0 | 1 x2 | 2 x1 |
|